Yuxarı

“Nar”-dan “Qutu” kimi təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” ölkədə rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə təklif edən ilk mobil operator oldu. “Qutu” təklifindən yararlanan müştərilər rəqəmsal TV, mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edir və ayrı-ayrı xidmətlərin aylıq ödənişi üçün vaxt itirmirlər.

“Qutu” təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir operatora ödəniş etməyin rahatlığını hiss edirlər. Təklifdən yararlanmaqla abunəçilər təkcə xərclərinə deyil, həm də vaxtlarına qənaət edirlər.

“Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 244 telekanal, sürəti 30 mb/s-yə çatan fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, 1000 dəqiqəyədək ölkədaxili danışıq dəqiqələri, 3 GB-dək mobil internet, eləcə də 2000-dək SMS bonusları təqdim edir. “Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 22 manatdan başlayan 5 müxtəlif paketdən ibarətdir. Üstəlik, “Qutu” təklifinə qoşularaq öncədən ödəniş etməklə rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə etmək mümkündür.

Operator mobil xidmətləri və “Nar-CityNet”-in dəstəyi ilə təmin olunan rəqəmsal TV və yüksəksürətli fiber-optik interneti bir paketdə təklif edir.

Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil xidmətlərdən istifadə etməklə yanaşı, həm də “Qutu” xidmətinin 24/7 rejimində fəaliyyət göstərən özəl Müştəri xidmətlərindən yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

Heç yerə getmədən “Qutu”-ya qoşulmağın ən asan yolu isə qutu.nar.az internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməkdir. İstifadəçiləri maraqlandıran suallar qutu.nar.az saytındakı onlayn çat sayəsində dərhal cavablandırılır.

Qeyd edək ki, “Qutu” təklifi “Nar”-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid platforma üzərindən təqdim etməkdir.

“Qutu” təklifi haqqında daha ətraflı məlumatı qutu.nar.az internet səhifəsindən almaq olar.

Tarix
2017.06.01 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla