Yuxarı

Neft bu səbəblərdən ucuzlaşır - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda dünya bazarında neftin qiymətinin qalxması proqnozlaşdırılmır. Əksinə, güman olunur ki, əgər mövcud proqnozlar, hasilat və siyasi faktorlar davam edərsə, qiymət daha da düşə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert neftin bazar qiymətində azalmaların davam edəcəyini bildirib:

“Bunun əsas səbəbi Qətər ətrafındakı gərginliyin bazara təsiridir. Qətər gərginliyindən sonra OPEK anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inam azalıb, eləcə də hasilatın azaldılması ilə bağlı qərarın monitorinq imkanları xeyli məhudlaşıb. Bu, OPEK ölkələri arasındakı gərginlikdən və OPEK-ə daxil olan ölkələrin qarşılıqlı anlaşmaya gələ bilməməsindən qaynaqlanır. Çünki OPEK-ə daxil olan ölkələr bir-biriylə diplomatik əlaqələrə malik deyilsə, bu da OPEK-in qərarlarını tam olaraq yerinə yetirməsini məhdudlaşdırır. Bu məhdudlaşma qiymətlərin aşağı düşməsinə gətirib çıxarır”.

İqtisadçı bildirib ki, neftin qiymətinin aşağı düşməsinə digər səbəb ABŞ tərəfindən neft hasilatının artırılmasıdır:

“Neft hasilatının artmasına səbəb ABŞ-da istifadəyə verilən neft quyularının çoxalmasıdır. Bu da bazara çıxarılan neftin qiymətinə təsir edir. ABŞ-da xüsusilə, aprel-may aylarında istehsal 250 min barrel aşağı düşmüşdü. Amma texniki problemlərin aradan qaldırılması ABŞ-da quyuların sayında artıma səbəb oldu. Bu da bazara psixoloji və iqtisadi baxımdan təsir edir. Güman olunur ki, hazırkı məqamda “Brent” markalı neftin qiyməti 45-50 dollar arasında dəyişəcək. Bəzi ekspertlər isə bunu 45-55 dollar intervalı olaraq qiymətləndirirlər. Amma nəzərə alaq ki, neftin hazırkı qiymətini proqnozlaşdırmaq nəinki çətin, ümumiyyətlə, mümkün deyil. Çünki neftin qiyməti siyasi faktordan asılıdır. Hətta dünyanın aparıcı şirkəti olan BP belə neftin gələcək qiymətini proqnozlaşdırmayıb, sadəcə, bazar qiymətini müəyyənləşdirib”.

V.Bayramov neftin qiymətində müşahidə olunan bu tendensiyaların beynəlxalq valyuta bazarına da öz təsirini göstərdiyini qeyd edib:

“Avronun məzənnəsində dollara nisbətən son həftələr artımlar, qızılın qiymətində dəyişikliklər müşahidə olunsa da, hələlik beynəlxalq bazarlarda kəskin dəyişmələr müşahidə olunmur. Hətta neftin qiymətinin dəyişmə faizi valyuta və digər strateji məhsullardan daha yüksəkdir. Bununla belə bu, qlobal bazarlarda stabilliyin yaranmasına imkan vermir”.

Tarix
2017.07.11 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla