Yuxarı

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Bu ilin may ayında Türkiyə 3,727 mlrd. kubmetr təbii qaz idxal edib.

APA-nın xəbərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 mlrd. kubmetr qaz alıb.

Mayda idxal olunan qazın 3,266 mlrd. kubmetri boru xətləri, 461 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 mlrd. kubmetr, İrandan 722 mln. kubmetr, Azərbaycandan isə 595 mln. kubmetr qaz alıb.

Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 mlrd. 768,71 mln. kubmetrə çatıb.

Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 mln. kubmetr və ya 3,12% artırıb.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 3,435 mlrd. kubmetrə çatıb.

Tarix
2017.07.25 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla