Yuxarı

Banklar qəpik götürməkdən imtina edə bilərmi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar qəpik götürməkdən imtina edə bilərmi?

Heç bir bankın qəpik pulları bütövləmə vəzifəsi yoxdur.

Bunu Axar.az açıqlamasında bank eksperti, hüquqşünas Əkrəm Həsənov 1 və 3 qəpiklərin banklarda necə bütövlənəcəyi məsələsinə münasibət bildirərkən söyləyib. Bank eksperti bu məsələylə bağlı qanunda boşluğun olduğunu bildirib:

"Kommersiya bankının əsas vəzifəsi gəlir götürmək olduğu üçün onlar bütövləmə əməliyyatını həyata keçirmirlər. Çünki həmin əməliyyatdan gəlir götürmürlər. Buna görə də qanun onu məcbur edə bilməz. Lakin əgər müştəri bankda hansısa əməliyyat həyata keçirirsə, ya krediti qaytarırsa, ya əmanət qoyursa, bu halda bank 1 və ya 3 qəpiyi götürməyəcəyini deyə bilməz.

Mərkəzi Bankın isə yalnız korlanmış pulu dəyişmə vəzifəsi var. Əslində, Mərkəzi Bankın belə vəzifəsi müəyyən edilməlidir. Çünki bu pulu da məhz Mərkəzi Bank buraxır. Təəssüf ki, bu məsələylə bağlı qanunda boşluq var".

Tarix
2017.12.15 / 08:15
Müəllif
Ülkər Həsənova
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla