Ana səhifə İqtisadiyyat |
"Qərb dövlətlərinin rəsmi nümayəndələrinin bir daha Bakıya toplaşması əslində Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edirdi".
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Vüqar Bayramov öz Feysbuk səhifəsində çıxış edib. O, Azərbaycanın kəşf edilməyən qaz yataqlarının 5 trilyon kub metr olduğunu bildirib:
"20 sentyabr eyni zamanda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi ilə tarixə düşdü. Bu gün Qərb dövlətlərinin rəsmi nümayəndələrinin bir daha Bakıya toplaşması əslində Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edirdi. Heydər Əliyev Mərkəzində həm Azərbaycan Prezidenti, həm də qonaqlar ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu bir daha bəyan etdilər. Yalnız Şahdəniz və Abşeron yataqlarından 2 trilyon kub metrdən çox mavi qaz hasil edilməsi gözlənilir. Ölkəmizin kəşf edilməyən qaz ehtiyatları isə 5 tirlyon kub metrə yaxındır. Bu isə Azərbaycanın tezliklə regionun "Enerji Habı"na çevrilməsi deməkdir".
O, Cənub Qaz Dəhlizi anlaşmasının Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına töhvə verəcəyini deyib:
"Ukrayna-Rusiya münaqişəsi fonunda idxalının 42 faizini "Qazprom"dan alan Avropa üçün enerji təhlükəsizliyi qitənin ümumi təhlükəsizliyinin ən vacib elementinə çevrilib. Brüsseldə isə enerji təhlükəsizliyini formalaşmasını Bakısız təsəvvür etmirlər. Bu baxımdan, indiki anlaşma yalnız Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına deyil, eyni zamanda Avropa enerji asıllığının azaldılmasına ciddi töhvə verəcək. Şahdənizin 2-ci fazasının işlənməsi ölkəmizə yaxın illərdə 150 milyard dollar vəsaitin daxil olması deməkdir. Bununla da, ölkəmiz növbəti dekalarda da ixracın artan həcminin qorunub saxlanmasına nail ola biləcək. Ölkə Prezidenti bugünki tədbirdə bildirdi ki, Azərbaycan Avropa Birliyi üçün yeganə yeni alternativ mavi qaz mənbəyidir. Sadəcə bu fakt Azərbaycanın Qərbdən ötrü əhəmiyyətini izah etmək üçün yetərlidir".
Tarix
2014.09.21 / 20:55
|
Müəllif
İlkin Həsənov
|