Yuxarı

Ticarət dövriyyəmizi 4 dəfədən çox artırmışıq - Abdullayev

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesini genişləndirir.

Axar.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərtac-a müsahibəsində bildirib.

O qeyd edib ki, keçən il rəhbərlik etdiyi şirkət üçün uğurlu olub: “İllər əvvəl başladığımız ən böyük və strateji layihələr məhz 2018-ci ildə tamamlandı və Azərbaycan neftçiləri çəkilən zəhmətin bəhrəsini görməyə nail oldular. Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli meqa layihənin üç seqmenti – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara başladı. Dəhliz vasitəsilə ilk qaz – 1,1 mlrd. kubmetrdən çox həcmdə Türkiyə bazarına nəql edildi. Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəm daha da yüksələcək və ildə 6 milyard kubmetrə çatacaq”.

O xatırladıb ki, “SOCAR Polymer” kompleksinin polipropilen zavodu, Türkiyənin Əliağa yarımadasında STAR neft emalı zavodu, Egey dənizinin ən böyük konteyner limanı olan “Petlim” istifadəyə verilib, Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatdırılıb, yüksək texnoloji tələblər səviyyəsində daha bir dəniz özülü daxili imkanlarla inşa edərək “Bulla dəniz” yatağında quraşdırıb istismara verilib: “Müxtəlif sahələrdə geniş vüsət alan bu layihələrin təməlini hələ illər əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu. Ölkə başçısının göstərdiyi strateji kursu rəhbər tutaraq SOCAR ötən 10 il ərzində idarəetmə, maliyyə, kadr siyasəti, təchizat, bir sözlə bütün sahələrdə islahatlar keçirib, əməliyyat effektivliyini yüksəldib. Dövlət başçısının qarşımızda qoyduğu əsas hədəflərdən biri də tək bir əmtəə növündən asılılığı azaltmaq idi. SOCAR bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırdı, qlobal bazarları kəşf etməyə başladı. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrildi”.

R.Abdullayev bildirib ki, indi SOCAR, demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir: “Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk. Mayeləşdirilmiş təbii qaz (LNG) kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq”.

O vurğulayıb ki, ötən ilin uğurlu nəticələri bu ilin əvvəlində də davam etdirilir: “Daha bir yeni müəssisəmiz – Karbamid zavodu istismara verildi. Yüksək azot tutumuna malik olan karbamid gübrəsi əvvəllər Azərbaycana idxal olunurdu. İndi isə bu zavod daxili tələbatı tam təmin edəcək, üstəlik, məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək”.

Tarix
2019.02.07 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla