Yuxarı

Abdullatipov Xəzər neftinə tamah saldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullatipov Xəzər neftinə tamah saldı

"Dağıstan Neft-qaz Şirkəti hər il 7 milyon ton neft hasil etməyi nəzərdə tutur".

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Dağıstan" yayıb.

Məlumatda şirkətin qaz hasilatını artırmağı da nəzərdə tutduğu bildirilib. Belə ki, kompaniya gələn il üçün 5-7 milyard kub metr arası qaz hasil etməyi planlaşdırıb. Agentlik şirkətin 2015-ci il üçün nəzərdə tutduğu göstəricələrə Xəzər dənizinin şelf zonasında aparacağı hasilat hesabına çatacağını vurğulayıb.

Qeyd edək ki, ekspertlər Mahaçkalanın bu iddialarının mənasız olduğunu bildiriblər. Rusiyalı ekspert Mixail Çernışov hazırda Xəzərdə hansısa hasilat işinə başlamaq üçün 1 milyard dolların gərəkdiyini söyləyib. O, bir dəniz qazma qurğusu üçün Mahaçkalaya 200 milyon dolların lazım olduğunu, lakin Dağıstanın hələlik bunu təmin edəcək səviyyəyə çatmadığını vurğulayıb.

Onu da xatırladaq ki, Dağıstan Neft-qaz Şirkəti bu ilin iyununda yaradılıb. Şirkətin bütün səhmləri rəsmi Mahaçkalaya məxsusdur. Hazırda şirkətin nizamnamə kapitalı 10 milyon rubldur. Bəzi mənbələr şirkətin Prezident Ramazan Abdullatipov tərəfindən yaradıldığını irəli sürür. Bu işdə Abdullatipova digər avar milyonçular da yardım edir.

Tarix
2014.12.15 / 15:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla