Yuxarı

Tramp bir tvitlə nefti ucuzlaşdırdı: Hazır olmalıyıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp bir tvitlə nefti ucuzlaşdırdı: Hazır olmalıyıq

ABŞ Prezidenti Donald Trampın idxal etdikləri Çin məhsullarına sentyabrdan etibarən yeni verginin tətbiq ediləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir.

Axar.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib. O bildirib ki, Trampın bu barədə yazdığı tvit neftin bir gündə 6 faiz ucuzlaşmasına səbəb olub:

“Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də “Brent” markalı neftin bir barreli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir”.

Ekspertin sözlərinə görə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır:

“Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şok”ların təsirlərindən sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Tvitterdə ölkəsinin 300 milyard dollarlıq Çin məhsullarına 10 faiz əlavə verginin tətbiqi barədə qərar verdiyini yazıb.

Tarix
2019.08.02 / 11:33
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla