Yuxarı

ABB Goranboy və Ağstafa şöbələrini də yenilədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB Goranboy və Ağstafa şöbələrini də yenilədi

Azərbaycan Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki regional şöbəsinin xidmət ofisləri yenilənib. Ağstafa şöbəsi Ağstafa şəhəri, Heydər Əliyev küçəsi - 47 B ünvanında, bankın korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bankın Goranboy şöbəsinin Goranboy şəhəri, Heydər Əliyev küçəsi - 21 ünvanında yerləşən binasında isə əsaslı təmir işləri aparılıb və bu bina da yüksək xidmət standartları tələblərinə uyğun şəkildə yenidən qurulub.

Geniş məkanlarda yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərinin yenilənməsi prosesi Bakı və regionlardakı digər filial və şöbələri də əhatə etməkdədir: “Müştərilərimizin getdikcə dəyişən istək və tələbatlarını nəzərə alaraq, onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməyə çalışırıq. Əminik ki, xidmət ofislərimizdəki şərait yüksək müştəri məmnuniyyəti yaradacaq. Digər filial və şöbələrimiz kimi bankın Goranboy və Ağstafa şöbələri də keyfiyyətli xidməti, çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.08.20 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla