Yuxarı

Neft niyə bahalaşır? – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft niyə bahalaşır? – Səbəb

"Neft bazarında son günlər heç bir fundamental səbəb olmadan qiymətlər 5-6 dollar qalxıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. O, neftin qiymətinin yaxın günlərdə ucuzlaşacağını bildirib:

"Neft bazarında son günlər heç bir fundamental səbəb olmadan qiymətlər 5-6 dollar qalxıb. İllərdir bu bazarı diqqətlə izləyən biri kimi deyə bilərəm ki, bu, növbəti kəskin düşüşün əlamətidir. Çünki Çinin, AB-nin Sənaye Emalı İndeksi (PMİ) yanvar ayında xeyli aşağı düşüb. Qışın mövsüm təsiri bitir, yaz ayları isə neftə tələbatın təbii azalması mövsümüdür. Neftdən istilik alma rejimi bitir, tətil mövsümünə (avtomobil səyahətləri) hələ var. Liviya, İraq və İran yeni həcmlə bazara daxil olmaq istəyir. Qiymətin enməsində az da olsa rolu olan siyasi proseslər hələ davam edir. ABŞ-da slansla məşğul olan iri şirkətlər təmərküzləşmə yolu ilə maya dəyərini azaltma yoluna gedirlər".

Ekspert neftin qiymətinin son günlər heç bir fundamental səbəblər olmadan qalxmasına belə aydınlıq gətirib:

"İri treyderlər növbəti qiymət azalmasından öncə "qısa mövqeləri" bağlayırlar. Rusiya treyder şirkətləri (əsasən də İsveçdə) son kart olaraq "öküz trendi" yaratmağa çalışırlar və anlamırlar ki, əksinə, pul itirəcəklər. Amma risk edirlər, çünki əllərindəki havayı, qazanılmamış, oğurluq pullardır. ABŞ-da 96 buruq işini dayandırıb, bu da təmərküzləşmə ilə bağlıdır, amma treyderlər bunu küyə salıb, əllərində olan fyuçersləri (qiymətli kağızlar) baha satıb, "qısa mövqelərini" bağlayırlar. Bir sözlə, bu "uçuş", növbəti sərt "enmənin" anonsudur..."

Tarix
2015.02.03 / 08:45
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla