Yuxarı

“Azərbaycan İranın bu təklifinə getməyəcək”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, Azərbaycan və İran arasında hər hansı anlaşma formasında reallaşa bilməz".

Bu sözləri Axar.az–a açıqlamsında İranın Azərbaycan və Türkmənistan qazını öz ərazisindən Türkiyə vasitəsilə Avropaya nəql etmək təklifini şərh edərkən ekspert Qadir İbrahimli deyib.

Onun sözlərinə görə, Tiflisin bu təklifinə İran-ABŞ münasibətlərinin hazırkı durumu kontekstindən baxmaq lazımdır:

"Əgər İran-ABŞ, İran-Qərb arasındakı qlobal anlaşılmazlıq ortadan qalxarsa, o zaman, bu təklifi müzakirə etmək olar. Əgər münasibətlərdəki qlobal anlaşılmazlıq hələ də öz həllini tapmayıbsa, onda bu təklif elə ideya olaraq da qalacaq. Yəni sözügedən layihə ancaq bu aspektdən öz həllini taparsa, raellaşa bilər. Əks təqdirdə Azərbaycanın belə bir təklifə getməsi hazırkı şəraitdə real görünmür. Vaxtilə Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi zamanı 3 yol - Tiflis, İran və Ermənistan vasitəsi ilə çatdırılma variantları var idi. Bu, Ermənistanla bəlli səbəblərə görə baş tutmadı. İranla olan varianta isə Qərb razılıq vermədi. Azərbaycan isə Bakı neftinin Gürcüstan vasitəsilə nəqlini seçdi. Əslində, neft kəmərinin qalığına və qiymətlərin ucuzluğuna görə layihənin ən rentabelli yolu Ermənistandan keçirdi. Ancaq Azərbaycan regional status-kvoda daha bahalı bir variantı seçməyə məcbur oldu. Yəni layihənin cəlbedici tərəfi qiymətlərin ucuzluğunda deyil".

Q.İbrahimli indi də eyni situasiyanın yarandığını bildirib:

"İran indi güman edir ki, Qərblə münasibətlər qaydasına düşməyə və aradakı buzlar əriməyə başlayıbsa, belə bir layihə ilə çıxış edə və bu təşəbbüsü öz üzərinə götürə bilər.Təbii ki, İranın burda güddüyü hansısa dividentlər də var. Əgər burada Tfilisin çıxarı olmasaydı, belə bir ideya da bu gün ortaya çıxmazdı. Yəni istək və reallıq ayrı-ayrı şeylərdir. Buna görə də hesab edirəm ki, Bakı hazırkı dönəmdə belə bir təklifə gedən deyil".

Qeyd edək ki, Azərbaycan 2012-ci ildə Türkiyə ilə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə müqavilə imzalayıb. Buna əsasən, Avropa Türkiyə vasitəsilə Azərbaycan qazını ala biləcək.

Tarix
2015.02.04 / 08:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

İrəvan təkliflərimizi qəbul etdi, sülh danışıqları yekunlaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla