Yuxarı

Əhali 10 ayda 34 milyard manatdan çox pul xərclədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhali 10 ayda 34 milyard manatdan çox pul xərclədi

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5 faiz üstələyərək 34,4 milyard manata bərabər olub.

Axar.az xəbər verir ki, ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1 faiz və 3,9 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 28,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8 faiz, fərdi sahibkarlar üzrə 2,0 faiz artıb, bazar və yarmarkalarda isə 8,0 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316,0 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Tarix
2019.12.13 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla