Yuxarı

“Rublun hazırkı vəziyyəti Rusiyaya sərf edir”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Rusiya, Almaniya, Fransa və Ukrayna arasındakı danışıqların intensivləşməsi Ukrayna ilə bağlı ümidləri artırmış və bu səbəbdən də rublun möhkəmlənməsi istiqamətində tendensiya formalaşmışdı".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, fevralın 11-i üçün nəzərdə tutulan görüş baş tutsa belə, nəticə əldə olunmayacaq:

"Bildiyiniz kimi, Avropa Birliyi (AB) Rusiyaya yeni sanksiyalar tətbiq edib. Sanksiyalar fevralın 16-da qüvvəyə minəcək. Rublun son taleyi sabahkı danışıqlardan və o cümlədən AB-nin fevralın 16-da qüvvəyə minəcək sanksiyalardan daha çox asılı olacaq. Böyük ehtimalla rubl yenidən məzənnə itirməyə davam edəcək. Başqa bir tərəfdən də hazırkı situasiya onu göstərir ki, Rusiya MB-si rubl üzərində manipulyasiya edir. Rubla tam inamı itirməmək üçün onun mərhələli şəkildə ucuzlaşması həyata keçirilir. Bu, hazırda Rusiya hökumətinin və MB-nin maraqlarına uyğundur. Başqa bir tərəfdən Rusiya bu siyasəti həyata keçirməklə real sektoru daim şübhəli vəziyyətdə saxlayır. Bilirik ki, bu ölkənin iqtisadiyyatı, büdcəsi və xarici ticarəti neftdən asılıdır. Neft də dünya bazarında dollarla satıldığı üçün Moskvaya 1 dollar verib 70 və yaxud 80 rubl almaq və bu vəsaiti büdcəyə transfer etmək daha maraqlıdır".

İqtisadçı Rusiya hökumətinin hazırda böyük dilemma qarşısında olduğunu bildirib:

"Çünki Rusiyanın 2015-ci il büdcəsi üçün 15 trilyon vəsait müəyyənləşsə də, sonradan 10 faiz kəsintilər edildi. Eyni zamanda Rusiya büdcəsində neftin qiyməti 2105-ci üçün 96 dollar nəzərdə tutmuşdu. Ancaq hazırkı durumda Rusiya üçün 13.5 trilyonluq büdcənin indiki qiymətlərlə icra edilməsi çox ciddi problemdir. Buna görə də bundan sonrakı dövrdə də rublun dəyər itirməsini müşahidə edəcəyik. Bu daha çox sabah və fevralın 16-dan sonra müəyyən olunacaq".

Tarix
2015.02.11 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla