Yuxarı

Bu il manatı nə gözləyir? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft Fondu dekabr ayında satdığı xarici valyutanın həcmini açıqlayıb. Məlumatdan aydın olur ki, Fond ötən ilin son ayında 886,35 milyon məbləğində dollar satıb. Bu, son 4 ildə ən yüksək göstəricidir. Dekabr ayında satılan dolların həcmi 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 31% çoxdur. Ümumilikdə isə yola saldığımız ildə Fond tərəfindən daxili bazarda 6,59 milyard dollar satılıb. Məlumat üçün bildirim ki, 2018-ci ildə illik valyuta satışının həcmi 6,46 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2016-cı ildə 4,59 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, burada diqqəti çəkən məqam dekabrda valyuta satışının həcminin kəskin artmasıdır:

“Fikrimcə, kəskin artım yüksək tələbatla yox, Neft Fondunun dövlət büdcəsi qarşısındakı öhdəliyi ilə bağlıdır. Belə ki, "2019-ci ilin dövlət büdcəsi haqqında" Qanuna əsasən, Fond tərəfindən dövlət büdcəsinə transfertlərin həcmi ümumilikdə 11,4 milyard manat olmalı idi. Bunun üçün büdcədə nəzərdə tutulan həcmdə dollar satışı (Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 6,69 milyard dollar) həyata keçirməli idi. Ancaq ötən ilin 11 ayı ərzində Fond ümumilikdə 5,7 milyard dollar satdığından öhdəliyin tam icrası üçün dekabr ayında 1 milyard dollara yaxın vəsait satmalı idi. Göründüyü kimi satılan valyutanın həcmi 886,35 milyon dollardır”.

İqtisadçı sözlərinə görə, ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb:

“Bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb. Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bank 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı Bəyanatında da təsdiq edir. İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib”.

S.Əliyevin sözlərinə görə, bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir:

“Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır. Hökumət ən azı ilin birinci yarısında manatı indiki səviyyədə saxlayacaq”.

Tarix
2020.01.09 / 08:15
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla