Yuxarı

Nazir açıqladı: Büdcə kəsiri 2 milyad olmalı idi, amma...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir açıqladı: Büdcə kəsiri 2 milyad olmalı idi, amma...

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin mədaxili 23,168 milyard manat proqnoza qarşı 24,2 milyard manat, məxarici isə 25,19 milyard manat proqnoza qarşı 24,405 milyard manat təşkil edib.

Axar.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

"Beləliklə, büdcə gəlirləri 104,5%, büdcə xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin kəsri 2,022 milyard manat proqnoza qarşı cəmi 205 milyon manat (təxminən 90%) təşkil edib. Bu da onunla bağlıdır ki, vergi-gömrük orqanları büdcə daxilolmaları üzrə proqnozları artıqlaması ilə yerinə yetirib, eyni zamanda büdcənin bəzi xərc istiqamətlərində qənaət edilib.

Mən ilk növbədə büdcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlərin məbləğini qeyd etmək istərdim. Biz bu məbləği 150 milyon manat azaltmışdıq, amma ilin yekununda hətta 180 milyon manatlıq qənaət əməl gəlib. Bu da sosial sığorta haqlarının yığılmasında böyük dönüşün yaradılması ilə bağlıdır", - deyə nazir qeyd edib.

Tarix
2020.01.13 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla