Yuxarı

BirBank “Visa Cashless Forum”da

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BirBank “Visa Cashless Forum”da

BirBank 12 fevral 2020-ci il tarixlərində Bakıda keçirilən “Visa Cashless Forum Azerbaijan 2020” tədbirində iştirak edib. Tədbirdə dövlət qurumlarının, bankların, özəl şirkətlərin nümayəndələri, həmçinin Visa şirkətinin menecerləri iştirak və çıxış ediblər.

Axar.az xəbər verir ki, Çıxış edənlər sırasında həmçinin Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov da var idi. O, öz çıxışı zamanı BirBank mobil tətbiqi barədə ətraflı məlumat verdi. 1 milyondan çox istifadəçisi olan BirBank ölkənin ən tanınmış tətbiqi olmaqla yanaşı, iOs və Android əməliyyat sistemində tövsiyə olunan tətbiqlərin ilk onluğunda yer alır. Özündə bir sıra innovativ funksiyaları birləşdirən BirBank NFC təmassız ödəniş funksiyasını, QR kod vasitəsilə nağdılaşma, digital kart kimi qabaqcıl rəqəmsal bank məhsullarını müştərilərə təqdim edir.

“Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, - deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.

Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum "Driving the Future" (“Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Tarix
2020.02.13 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla