Yuxarı

Azərbaycan bankı şəriət qaydaları ilə kredit aldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bankı şəriət qaydaları ilə kredit aldı

Azərbaycan bankı Küveyt vətəndaşlarına məxsus bankdan şəriət qaydaları ilə kredit alıb.

Axar.az xəbər verir ki, Küveytin "Varba Bank"ı Azərbaycan Beynəlxalq Bankına şəriət qaydaları (sharia-complaint) ilə 150 milyon dollar məbləğində sindikatlaşdırılmış kreditin təşkil olunduğunu bəyan edib. Fins.az-ın məlumatına görə, "J.P. Morgan Bank", "Citigroup", "Barva Bank", "Al Hilal Bank", "Noor Bank and Dubai Islamic Bank" sindikatın iştirakçılarıdır. "Varba Bank" konsorsiumda 20 milyon dollar ilə iştirak edir, qalan məbləğ digər iştirakçılar tərəfindən təmin olunacaq.

Qeyd edək ki, "Varba Bank" 2010-cu ildə Küveyt Əmirinin fərmanı ilə yaradılıb. Bankın nizamnamə kapitalının 24 faizi Küveyt İnvestisiya Təşkilatına, qalan hissəsi isə Küveyt vətəndaşlarına məxsusdur.

Onu da əlavə edək ki, şəriət qaydaları ilə kredit alan Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığını regionda ilk tətbiq edən bankdır. Bankın İslam bankçılığı departamenti 2013-cü ilin aprel ayından xidmət göstərməyə başlayıb.

Tarix
2015.02.26 / 22:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla