Yuxarı

İqtisadi böhran buna görə baş verdi - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadi böhran buna görə baş verdi - Ekspert

Koronavirus pandemiyası dünyada iqtisadiyyatı durma nöqtəsinə gətirib. Virusun yayılmasının qarşısını almaq məqsədilə bir çox ölkələr xüsusi iş rejiminə keçib. Bu isə iqtisadi böhranı qaçılmaz edir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli “Qoldman Saç” və “Morqan Stenli” investisiya banklarının yeni qlobal iqtisadi böhranın başlaması barədə bəyanatını şərh edərkən deyib.

O bildirib ki, iqtisadiyyatın lokomotivi sayılan Çin, ABŞ, Rusiya, Almaniya, Fransa kimi ölkələrin iqtisadiyyatında zəifləmənin olması gözlənilən böhranı sürətləndirdi:

“Ölkələrin iqtisadiyyatlarının zəifləməsi birjalarda dəyərli kağızların dövriyyəsinə təsirsiz ötüşməyib. Birjalardakı son vəziyyət investorları da mənfi düşüncələrə sövq edib. Artıq bütün investorlar nağd pula keçməyə çalışır. Bu da öz növbəsində dünyada dollara olan tələbatı artırır. Yəni investorlar mövcud pullarını dövriyyədən çəkib, bir müddət gözləmək istəyirlər”.

Ekspert dünyada yeni iqtisadi böhranın elan edilməsini neftin qiymətinin kəskin düşməsi ilə əlaqələndirib:

“Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlayan neft böhranı dünya bazarlarında neftin qiymətinin kəskin enməsinə gətirib çıxartdı. Neftin qiyməti isə birbaşa dünya birjalarında pulun dəyəri və dövriyyəsinə təsir edir. Bu mənada neftin hazırkı qiymət düşüşü böhranın əsas səbəbi ola bilər.

Dünya iqtisadiyyatında çox təlatümlü dövrə qədəm qoymuşuq. Düzdür, bir çox ölkələr dünya iqtisadiyyatına dəstək məqsədilə milyardlarla yardım edib. Digər tərəfdən, ölkələr faiz dərəcələrini də aşağı salıb. Bütün bunlara baxmayaraq, investorlar, biznesmenlər mövcud vəziyyətdən razı deyillər. Düşünürəm ki, mövcud iqtisadi vəziyyət hələ bir müddət davam edəcək”.

Qeyd edək ki, "Morqan Stenli" 2020-ci ildə dünya iqtisadiyyatının 0,9% artacağını proqnozlaşdırıb. “Qoldman Saç”ın proqnozu isə 1,25% olub. Bununla belə hazırkı iqtisadi tənəzzülün 2008-ci il göstəricilərinə düşməyəcəyi bildirilib.

Tarix
2020.03.20 / 11:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla