Yuxarı

Axar.Az Logo carnation

ABŞ-ın bu addımı nefti bahalaşdıracaq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın bu addımı nefti bahalaşdıracaq - Ekspert

ABŞ-ın Meksika körfəzində neft hasilatını dayandırması dünya bazarlarında neftin qiymətinə müsbət təsir edəcək. Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması üçün OPEK+ iştirakçılarının və digər ölkələrin təcili iclasını çağırması da hazırda neft bazarında vəziyyətin kritik həddə olduğunu göstərir. Neft hasil edən ölkələr ortaq məxrəcə gəlsələr, düşünürəm ki, neftin qiymətində artım müşahidə olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Prezident Adminstrasiyasının Meksika körfəzindəki hasilatın dayandırılması qərarının neft qiymətlərinə təsirini şərh edərkən deyib.

“Bu açıqlama ABŞ-ın Meksika körfəzində neft hasilatını tam dayandıracağı anlamına da gəlmir. Çünki neft quyularının uzun müddət istifadə edilməməsi zamanla yataqlara su yığılmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində çıxan nefti dəyərsiz bir hala gətirər. Bu baxımdan texnoloji olaraq ABŞ-ın Meksika körfəzində neft hasilatını tam dayandırması mümkün deyil”, - ekspert bildirib.

N.Cəfərli qeyd edib ki, iki gündür neftin qiymətində artıq yüksəlmə müşahidə olunur:

“Bu mənada deyə bilərəm ki, bu tipli xəbərlər ilk növbədə neftin qiymətinin qalxmasında psixoloji təsir mexanizmini yerinə yetirir”.

Ekspert bildirib ki, OPEK+ ölkələrinin iclası ərəfəsində ABŞ-ın neft hasilatını azaltması olduqca müsbət haldır:

“Bu gün neftin qiymətinin 10 dollora qədər düşmə ehtimalı var. Əgər bu reallaşarsa, bundan sonra əldə ediləcək istənilən razılaşma faydasız olacaq. Nəzərə almaq lazımdır ki, hazırda bazarda normadan artıq xam neft var. Hətta vəziyyət o həddə çatıb ki, neft ölkələri gündəlik hasil olunan nefti saxlamağa yer tapa bilmirlər. Keçən həftə neftə təlabat gündəlik 20 milyon barrel azalmışdısa, hazırda bu göstərici 30 milyon barrelə çatıb”.

Tarix
2020.04.04 / 15:35
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Davosda bu iclasda iştirak edir

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla