Qadın –gözəllik, zəriflik
rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə
seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır.
Elə bu səbəbdən, "Unibank" qadınların bayramını möhtəşəm və
unudulmaz etmək məqsədilə 8 marta 8 taksit kampaniyasına
başlayır.
Bankdan Axar.az-a daxil olan məlumata görə, martın 7, 8 və 9-u
ALBALI PLUS (ALBALI) kartı ilə alış-veriş əsl bayram əhvalı
yaradacaq. Kampaniyanın davam etdiyi 3 gün ərzində ALBALI PLUS
(ALBALI) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə "Unibank"dan
əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq
Qadınlar günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada
müxtəlif endirim və hədiyyələr ALBALI PLUS (ALBALI) kart
sahiblərini gözləyir.
"Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda -
ALBALI PLUS kartında birləşdirib. Artıq "Unibank" müştərisi cəmi 1
karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə
bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank
məhsulunu özündə birləşdirir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın
saytından (http://www.unibank.az) və yaxud bankın Feysbuk
səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
ALBALI PLUS - arzuları reallaşdıran kart.