Yuxarı

SOCAR daha bir yeniliyə imza atdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR daha bir yeniliyə imza atdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londondakı nümayəndəliyinin fəaliyyətini gücləndirmək məqsədi ilə "Phibro" (ABŞ) beynəlxalq xammal treydinq şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Report-un verdiyi xəbərə görə, bunun nəticəsində, "SOCAR Trading" şirkəti "Phibro"nun London komandasını işə götürüb. Onlar əsasən xam neft treyderləri olsalar da, neft məhsulları ilə bağlı ticarət əməliyyatlarını da həyata keçirirlər.

Bundan öncə, "Occidental Petroleum" şirkətinə analoji xidmətlər göstərən ABŞ treyderinin əvvəlki sifarişçi ilə anlaşması 2014-cü ilin sonunda başa çatıb. Bundan sonra "Phibro"nun Londondakı treyder komandası SOCAR-a xidmət göstərəcək.

Xatırladaq ki, "SOCAR Trading" ötən il "Trafigura" və "Arcadia" şirkətlərinin aparıcı treyderləri ilə müqavilə bağlayaraq Londondakı əməliyyatlarını genişləndirib.

Baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2008-ci ildə yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "LUKoil" şirkətinin Cenevrədə treydinq şirkətini - "LUKoil Trading"i yaradıb.

Qeyd edək ki, BCG və "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətlərinin hazırladığı hesabatlara əsasən, "SOCAR Trading"in təsis olunması və onun 2008-2013-cü illərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftin satışından əlavə olaraq 1,7-1,8 mlrd. ABŞ dolları həcmində mənfəət əldə edib və ümumiyyətlə, "Azeri Light"ın premiyasının artmasına nail olub. Bundan başqa, "SOCAR Trading" üçüncü tərəflərlə treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzit gəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 mln. dollar məbləğində xalis mənfəət qazandırıb.

Tarix
2015.03.17 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla