Azərbaycanın ilk mobil
operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin
abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra
bilərlər. Portmanat gündəlik istifadə oluna bilən elektron pul
kisəsidir.
Axar.az xəbər verir ki, bu ödəniş sisteminə qoşulan istənilən
şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya
kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər
həyata keçirə və yenidən "Portmanat"a pul qoya bilər.
Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək
şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək
istəyən istifadəçilər Portmanat Code xidmətindən elektron vauçer
almaqla istifadə edə bilərlər. Bununla yanaşı Portmanat xidmətindən
istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz
proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata
keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz
yükləmək olar
https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile
Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/
səhifəsindən əldə etmək olar.
***
Bakcell haqqında
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet
provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri
istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@
ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil
internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan
Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan
resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə
sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni
(işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar
sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni
əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli
mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat
əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün
www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng
etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə
bilərlər.