Yuxarı

TAP Azərbaycanın iqtisadi rifahına töhfə verəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
TAP Azərbaycanın iqtisadi rifahına töhfə verəcək

Transadriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi Azərbaycan üçün böyük bir addımdır, çünki bu layihə illik gəlir gətirəcək və ölkənin iqtisadi təhlükəsizliyinə və rifahına töhfə verəcəkdir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Atlantika Şurasının böyük elmi işçisi və “International Market Analysis Ltd”nin təsisçisi Ariel Koen deyib.

Koenin qeyd etdiyi kimi, TAP Xəzər qazını Azərbaycandan Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdıracaq və beləliklə Avropa üçün təbii qaz mənbələrini şaxələndirəcək:

"Hesab edirəm ki, bu layihənin strateji hədəfi əlavə kompressor stansiyalarının quraşdırılması və qaz tədarükünü ildə mövcud 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq olacaq”.

Qeyd edək ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Transadriatik qaz kəməri ilə Avropaya tədarükü başlayıb.

Tarixdə ilk dəfə olaraq Azərbaycan təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağı bacardı. 15 oyabr tarixində TAP-ın italyan qaz paylama şəbəkəsinə uğurla qoşulmasının ardından təbii qaz bu gün SNAM Rete Gas (SRG) vasitəsi ilə Melendunyodan İtaliyaya və DESFA vasitəsi ilə Nea Mesimvriadan Yunanıstan və Bolqarıstana nəql edildi.

Bununla dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirdi.

Tarix
2021.01.01 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla