Yuxarı

İran nefti kimi necə çökürdəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran nefti kimi necə çökürdəcək?

İranın neft hasilatını artırması 1-2 il ərzində qiymətlərin aşağı düşməsi və Rusiya, Venesuela, Nigeriya, Bəhreyn və Oman kimi ölkələrin kredit ödəmə qabiliyyətini sarsıdacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Moody`s" beynəlxalq reytinq agentliyi yayıb.

Təşkilatın məlumatına görə, İranın əvvəllər dondurulmuş 150 milyard dollar dəyərindəki aktivlərinə girişə imkanın verilməsi, bu ölkənin 2017-ci ilə qədər neft hasilatını sutkada 4 milyon barrelə çatdırmasına şərait yaradacaq. Tələbat artmayacağı halda İran neftinin dünya bazarlarına çıxması qiymətin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Bundan başqa, hazırda Tehrana neft sahəsində keçən illərdəki inkişafın qarşısını alan investisiya yoxluğunun kompensasiyası lazımdır. İnkişaf isə öz növbəsində 230 milyard dollar investisiya tələb edir. Məhz bunun üçün də Səudiyyə Ərəbistanı və İraq neft hasilatını artırmaqla neftin qiymətinin ucuzlaşmasını kompensasiya etməyə və özlərinin bazardakı paylarını tutmağa çalışırlar. Amma istənilən halda Səudiyyə Ərəbistanının İranın neft bazarına qayıtması ilə yaranacaq çətin vəziyyətdən çıxması üçün kifayət qədər maliyyə buferi var. Fars körfəzinin digər ölkələri olan Oman və Bəhreyn isə daha az maliyyə ehtiyatlarına malikdirlər. Qiymətin ucuzlaşması hər iki ölkənin büdcəsi və ödəmə balansına neqativ təzyiq göstərəcək. Bu həmçinin Rusiyada rublun daha da zəifləməsinə və iqtisadiyyatın silkələnməsinə səbəb olacaq.

Tarix
2015.07.23 / 09:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıda mühüm tədbir başladı - Foto

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla