Yuxarı

İqtisadçıdan borclular üçün unikal qanun təklifi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadçıdan borclular üçün unikal qanun təklifi

"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilsin.

Axar.az xəbər verir ki, bu təkliflə iqtisadçı-ekspert Qubad İbadoğlu çıxış edib. Ekspert "Fiziki şəxslərin müflisləşməsi" haqqında ayrıca qanunun qəbulunu da təklif edib:

"Mövcud qanunvericilikdə işlədilən "borclu" anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilir. Amma bu qanun fiziki şəxslərə özlərini müflis elan edib onu rəsmiləşdirmək hüququ vermir.

Təklif edirəm ki, vətəndaşlara da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənədlərini məhkəməyə təqdim etsinlər".

Q.İbadoğlunun sözlərinə görə, məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən strukturlaşması planı ola bilər:

"Onların ödəmə qabiliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla, onlara 3 ildən 5 ilədək kredit tətilləri verilsin. Beləliklə də məhkəmələrin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu təklifin reallaşması "parnik banklar"ı da düşdüyü böhranlı vəziyyətdən çıxara bilər".

Tarix
2015.08.06 / 19:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla