Yuxarı

Yeni sədrdən tapşırıq: Bu şəxslər işdən çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni sədrdən tapşırıq: Bu şəxslər işdən çıxarılır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) işçilərə yeni tələb qoyulub.

Axar.az Unikal-a istinadən xəbər verir ki, ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olanlar işləyə bilməz.

Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.

ASCO-dan bildirilib ki, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:

"Bu çərçivədə daxili prosedurlar yenidən nəzərdən keçirilir və korporativ hüquq prinsipləri daxilində maraqların toqquşması hallarının aradan qaldırılması istiqamətində əməli fəaliyyət icra olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun olaraq tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.

Tarix
2026.03.05 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla