Yuxarı

Avropanın 10 ölkəsi böyük təxliyə planı hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın 10 ölkəsi böyük təxliyə planı hazırlayır

Skandinaviya ölkələri böyük böhran və ya hərbi münaqişə halında mülki şəxslərin sərhəddən təxliyəsi üçün birgə mexanizmlər hazırlamaq barədə razılığa gəlib.

Axar.az-ın “Röyters”ə istinadən məlumatına görə, İsveç tərəfi bu barədə açıqlama yayıb.

İsveç rəsmiləri bu təşəbbüsün Ukraynadakı tammiqyaslı müharibə təcrübəsindən irəli gəldiyini bildiriblər.

Razılaşmalara əsasən, ölkələr nəqliyyat, sərhəd nəzarəti, insanların hərəkəti üçün təhlükəsiz dəhlizlərin yaradılması və digər təşkilati məsələlər üzrə əlaqələndirilmiş planlar hazırlayacaqlar.

İsveç Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Ukraynanın təcrübəsi göstərir ki, müvəqqəti əhali köçürülməsi milli müdafiənin davam etdirilməsinə imkan verir və eyni zamanda mülki şəxslərin qorunmasını təmin edir.

İsveç tərəfi aydınlaşdırıb ki, sərhəddən təxliyə planlaşdırması təkcə nəqliyyat və logistikanı deyil, həm də insanların qəbulu və qeydiyyatı mexanizmlərini, eləcə də həssas qruplar üçün xüsusi qoruyucu tədbirləri əhatə edəcək.

"Sazişin məqsədi böyük böhranlar və ya ən pis halda müharibə zamanı mülki şəxslərin müdafiəsini gücləndirməkdir", - deyə bildirilib.

Qeyd edək ki, Almaniya, Polşa, eləcə də Estoniya, Latviya, Litva, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi NATO-ya üzv ölkələr sazişə qoşulub.

Tarix
2026.03.05 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla