Yuxarı

Azərbaycanın kredit reytinqləri təsdiq edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın kredit reytinqləri təsdiq edildi

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib.

Axar.az Report-a istinadən xəbər verir ki, reytinqlər üzrə proqnoz "Sabit"dir.

“Sabit proqnoz ondan xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş razılaşma qüvvədə qalacaq, əlverişli neft qiymətləri və qaz ixracının artması yaxın 12 ay ərzində Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyəcək” - deyə S&P-nin məlumatında deyilir.

Xarici profisitlər S&P-nin gözləntilərini üstələyərsə, agentlik reytinqin mümkün artırılmasını nəzərdən keçirə bilər.

“Reytinq həmçinin, hökumət bəzi struktur maneələrin aradan qaldırılması istiqamətində islahatlar aparacağı təqdirdə artırıla bilər”, - agentliyin məlumatında deyilir.

"S&P-nin BB kateqoriyası təyin etdiyi ölkələrdən Azərbaycanın fiskal və xarici fond mövqeləri ən güclülərdəndir. Hökumət əsasən Dövlət Neft Fondu (ARDNF) suveren rifah fondu çərçivəsində əhəmiyyətli likvid aktivləri toplayıb. Proqnozlarımıza görə, 2025-ci ilədək hökumət, təxminən, ÜDM-in 70% səviyyəsində likvid aktivlərə çıxış imkanına malik olacaq, dövlət borcu isə ÜMD-in 30%-dən aşağı səviyyədə qalacaq. Əlverişli neft qiymətləri də Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyir.

Azərbaycan ilə bağlı reytinqlərimizə əvvəlki kimi institusional effektivliyin zəifliyi, ölkənin iqtisadi bazasının dar və konsentrasiyalı olması, həmçinin pul-kredit siyasətinin məhdud çevikliyi kimi amillər mənfi təsir göstərir”, - deyə S&P bəyan edib.

Tarix
2022.01.22 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla