Yuxarı

İş adamlarına ABB-nin bu xidməti təqdim edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamlarına ABB-nin bu xidməti təqdim edildi

İş adamlarını ABB-nin İnternet Bank xidmətinin üstünlükləri ilə yaxından tanış etmək məqsədilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə ABB-nin Sahibkarlar Klubunun üzvləri bir araya gəlib. Onlara İnternet Bank xidmətinin imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ABB korporativ müştərilərin rahatlığı məqsədilə ötən ilin sonlarında tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin yeni İnternet Bank platformasında istifadə daha rahat və sadə, əməliyyatlar sürətlidir.

Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər.

Tədbirdə sahibkarlara ABB-nin digər məhsul və xidmətləri barədə də ətraflı məlumat verilib. Toplantıda iş adamları öz biznesləri haqqında təqdimatlar ediblər. Sahibkarlar arasında qarşılıqlı güzəşt və imtiyaz təklifləri olub, yeni əməkdaşlıqlar qurulub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2022.06.29 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla