Yuxarı

FES-in dollarla bağlı qərarı: dünya stressdə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
FES-in dollarla bağlı qərarı: dünya stressdə

FES-in uçot dərəcəsini artırmasından sonra artıq beynəlxalq bazarlarda maliyyə stressləri müşahidə olunmaqdadır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Qubad İbadoğlu açıqlama verib. Onun sözlərinə görə, uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalmasına səbəb olacaq:

"ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırmaqla bağlı tarixi qərar qəbul etdi. FES sonuncu dəfə belə qərarı 2006-cı ildə vermişdi. O vaxtdan bəri dəyişməz qalan uçot dərəcəsinin dekabrın 16-dakı artımı nəticəsində "Dow Jones" indeksi 57 bənd, NASDAQ indeksi isə 10 bənd möhkəmləndi. Uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalması və faiz dərəcələrinin artımını stimullaşdırır. Bu qərar həmçinin dolların mövqeyinin möhkəmlənməsinə xidmət edir. Neftin qiymətlərinin ucuzlaşdığı indiki şəraitdə verilən bu qərar nəticəsində dövlət maliyyəsi resurs gəlirlərindən asılı olan ölkələr üçün milli valyutaların dollara nəzərən dəyərinin uculaşacağı gözlənilir".

Qeyd edək ki, ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib. Federal Açıq Bazar Komitəsi uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qədər artırıb.

Tarix
2015.12.17 / 10:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla