Yuxarı

Yüksək faizli yeni istiqrazlar gəlir – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək faizli yeni istiqrazlar gəlir – Rəy

Azərbaycanda istiqrazların buraxılması olduqca vacibdir. Qiymətli kağızlar bazarının inkişafı valyuta bazarında gərginliyi aradan qaldıracaq əsas faktor olmalıdır.

Bu sözləri hökumətin yüksək gəlirliliyə malik istiqrazlar buraxması yönündə tədbirlər planı ilə bağlı Axar.az-a danışan iqtisadçı alim Vüqar Bayramov bildirib. Ekspert 2014-cü ilin ortalarında, manata təzyiq artan zaman qeyri-valyuta yığımlarının genişləndirilməsinin əhəmiyyəti ilə bağlı hökumətə təkliflər verdiyini deyib:

"İnkişaf etmiş ölkələrdə milli valyutaların məzənnələrinin dəyişməsi ona görə vətəndaşlara ciddi təsir göstərmir ki, yığım imkanı var və vətəndaşlar öz pullarını yalnız valyutada deyil, qeyri-valyuta mənbələrində də saxlayırlar. Azərbaycanda da istiqrazların buraxılması olduqca vacibdir. Qiymətli kağızlar bazarının inkişafı valyuta bazarında gərginliyi aradan qaldıracaq əsas faktor olmalıdır. Vətəndaşın pulunu yalnız valyutada deyil, qiymətli kağızlarda da saxlaması birmənalı şəkildə milli valyuta yığımının şaxələndirilməsinə imkan verəcək. Eyni zamanda, milli, xüsusən xarici valyutaya tələbin azalmasına gətirib çıxaracaq. İstiqrazların buraxılması vətəndaşa yığım üçün yeni alətlərin təqdim olunması və manata olan təzyiqin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Maliyyə Nazirliyi və hökumət çalışmalıdır ki, buraxılan istiqrazlara vətəndaşın inamı yüksək olsun. Burada əsas məqsəd evlərdəolan vəsaitlərin istiqrazların alınmasına cəlb edilməsi və bununla da vətəndaşın yığımının şaxələndirilməsidir. Bu da özlüyündə valyuta bazarındakı gərginliyi yumuşalda bilər. Şərti valyutalarla da istiqrazlar buraxıla bilər ki, vətəndaşlar belə yığımların aparılmasında daha maraqlı olsun. Dövlət zəmanətininverilməsinə ehtiyac var. Çünki bu, daxili mənbədən vəsaitlərin cəlb edilməsinə imkan verəcək".

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov dünən ANS telekanalına müsahibəsindəyaxın günlərdə rəhbərlik etdiyi qurumun dövriyyəyə yüksək gəlirliliyə malik istiqrazlar buraxacağını bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, hökumət dollarla da istiqraz buraxmağı planlaşdırır.

Tarix
2016.01.26 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla