Yuxarı

“Dollarla kreditlər azaldılmalıdır” - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dollarla kreditlər azaldılmalıdır” - Ekspert

MB banklar tərəfindən xarici valyutada cəlb edilən öhdəliklər üzrə məcburi ehtiyat normasını bundan sonra da artırmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, MB tərəfindən dedollarizasiya (dollarlaşmaya qarşı – red.) prosesi ilə bağlı addımların atılmasının müxtəlif mexanizmləri var:

"Bunlardan biri, ilk növbədə məcburi ehtiyat normalarının artırılmasıdır. Bu addımlar kompleks şəkildə həyata keçirilməlidir. Məcburi ehtiyat normasının, əslində, 5 faizə qədər artırılmasına ehtiyac var. Bu norma tədricən qaldırılmalıdır. Dollarlaşmanın qarşısının alınmasının əsas yolu dollar kreditləşməsini məhdudlaşdırmaqdır. Burada söhbət dollarla verilən kreditlərin qadağan edilməsindən yox, məhdudlaşdırmanın yollarından biri kimi dollar üzrə məcburi ehtiyat normalarının qaldırılmasından gedir. MB bu addımı ona görə atdı ki, banklar manatla depozitlərə daha çox üstünlük versinlər. Manatın rolunun artırılması istiqamətində faizlər də gücləndirilməlidir. Çünki bu həm də insanların etibarının artması baxımından vacibdir".

Qeyd edək ki, Mərkəzi Bank dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə heyətin 3 mart tarixli qərarına əsasən, banklar tərəfindən xarici valyutada cəlb edilən öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normasını isə 0.5%-dən 0%-ə endirilib.

Tarix
2016.03.18 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla