Yuxarı

“AGBank”da kadr dəyişikliyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AGBank"ın bir neçə gün öncə baş tutan səhmdarlarının ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması yenidən müzakirə olunub.

Axar.az xəbər verir ki, nəticədə bankın nizamnamə kapitalı 77,2 milyon manat artırılaraq 102,2 milyon manata çatdırılıb.

Yığıncaq zamanı Audit Komitəsi və İdarə Heyətinin hesabatı dinlənilib, 2015-ci il üçün maliyyə hesabatları təsdiq olunub. Sonda isə səs vermə nəticəsi ilə bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib. Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçilib.

İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı sədr müavini Əfqan Cəlilova həvalə olunub. İdarə Heyətinin qalan tərkibi isə dəyişilməz olaraq qalır:

Müşahidə Şurasının yeni tərkibi:

1. Əsədullayev Çingiz Rauf - sədr

2. Yusifov Fərzulla İsmail - üzv

3. Qriqoriy Marçenko - üzv

4. Mövsümov Azər - üzv

5. Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi - üzv

Audit Komitəsinin yeni tərkibi:

1. Baxışov Fikrət - sədr

2. Çoxlayev Asif - üzv

3. Fransev Mixail - üzv

İdarə Heyətinin yeni tərkibi:

1. Cəlilov Əfqan - sədrin vəzifələrini müvəqqəti icra edən

2. Tokay Əlizadə - sədrin müavini

3. Səkinə Xələfova - üzv

4. Elnur Musayev - üzv

Qeyd edək ki, yaxın gələcəkdə də bankın strukturunda dəyişikliklər gözlənilir.

Tarix
2016.04.13 / 13:26
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla