Yuxarı

Manatın məzənnəsi bu tarixə kimi dəyişməyəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın məzənnəsi bu tarixə kimi dəyişməyəcək

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2% səviyyəsində proqnozlaşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.

Ötən il Azərbaycanda orta illik inflyasiya 8,8% təşkil edib.

Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4%-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3%-ə qədər azalacaq.

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7% təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7%, 2025-ci il üçün 4,6%, 2026-cı il üçün 4%, 2027-2028-ci illər üçün isə illik 3,8% səviyyəsində proqnozlaşdırır.

“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9%-ni (2023-cü ildə ÜDM-in 11,5%-i) təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7%-ni, 2026-cı ildə ÜDM-in 1,2%-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2%-i səviyyəsində kəsirlə olacaq.

“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.

"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.

Tarix
2024.12.07 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla