Yuxarı

"Yapı Kredi Bank"da 27,5 mln. manat ümidsiz kredit

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yapı Kredi Bank"da 27,5 mln. manat ümidsiz kredit

Yapı Kredi Bank Azərbaycan QSC 2024-cü ildə 317 milyon 588 min manat kredit verib. Bu kreditlərin 27 milyon 50 min manatı ümidsiz olub.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bankın ötən ilin 12 ayı üzrə maliyyə hesabatına əsasən, qeyri-standart kreditlərin kredit portfelində çəkisi 11,2% təşkil edib.

Ötən il verilən 317 milyon 588 min manat kreditin 9,93%-nin, yəni 31 milyon 533 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin 26 milyon 634 min manatı paytaxtın payına düşüb.

Bankın iri kreditlərinin həcmi 72 milyon 874 min manat olub.

Verilən kreditlərin 86,01 milyon manatı tam təminatlı olub. 231,5 milyon manat kredit qismən təminatlı və ya təminatsiz olub.

Mərkəzi Bankın qaydasına əsasən tam təminatlı aktivlər vaxtı 360 günü keçdikdə, qismən təminatlı aktivlərin vaxtı 270 günü keçdikdə ümidsiz kimi təsnifləndirilir.

Tarix
2025.01.15 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla