Yuxarı

Nazirlik adları bu cür yazılmalıdır - Professor

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik adları bu cür yazılmalıdır - Professor

Nazirlik adları böyük hərflə yazılmalıdır. Məsələn, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi. Yalnız "nazir" sözü kiçik hərflə yazılır, məsələn, Daxili İşlər naziri. Azərbaycan yazı qaydalarına görə, yalnız 3 vəzifə böyük hərflə yazılır: prezident, baş nazir və MM sədri".

Bu sözləri AMEA Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli yazı qaydalarının 114 bənddən 38-ə endirilməsi və bunun da nəticəsində bəzi anlaşılmazlıqların meydana gəlməsi ilə bağlı Axar.az-a danışarkən deyib. Professor qeyd edib ki, Dilçilik İnstitutu rəhbərliyinə yazı normalarının tam təkmilləşməsi üçün təkliflərini verib və hazırda bunun üzərində iş gedir:

"Təəssüf ki, 2004-cü ildə nəşr olunan lüğətdə yazı qaydaları ilə bağlı maddələr 114-dən 38-ə endirildi. Bunu alimlər o maddələrin ehtiva etdiyi qaydaları hamının bilməsi ilə izah etdilər. Ancaq hamı dilçi deyil axı! Orfoqrafiya qaydaları da hamı üçün buraxılır. Ona görə təklif etmişik ki, çıxarılan qaydaları bir daha nəzərdən keçirmək, lazım olanları bərpa etmək və yaxud təkmilləşdirmək, bəzi zəruri əlavələr etmək vacibdir".

İ.Məmmədov həmçinin mediada xarici şirkət adlarının, firmaların hərf birləşmələri (diftonqlar) və Azərbaycan əlifbasında olmayan hərflərlə yazılmasının da yazı qaydalarına zidd olduğunu dedi:

"Azərbaycan ədəbi dilinin yazı qaydalarının formalaşdığı prinsiplərdən biri də fonetik prinsipdir. Bu qayda mütləq şəkildə qorunmalıdır. Xarici şirkət adları da transkripsiyadan oxunduğu kimi, səsləndiyi formada yazılmalıdır".

Tarix
2016.10.27 / 16:45
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla