Yuxarı

Millət vəkili yığılan vəsaiti bu qıza verdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili yığılan vəsaiti bu qıza verdi - Foto

Bu gün millət vəkili Qənirə Paşayevanın “Səni Allaha Eşq götürür" kitabının imza günü keçirilib.

Axar.az xəbər verir ki, “Kitabevim.az” kitab evində baş tutan mərasimdə aparıcı Fəxriyyə Lilpar-İsayeva kitab haqqında məlumat verib və bildirib ki, bu kitabın bütün gəliri ilə yanaşı bu gün Qənirə Paşayevanın müəllifi olduğu kitabların hamısının satışından əldə olunacaq gəlir maddi imkanları aşağı olan bir ailənin çox ağır əməliyyata ehtiyac duyan 11 yaşlı qızına hədiyyə ediləcək.

“Kitabevim.az”ın rəhbəri Şəmil Sadiq çıxış edərək bu təşəbbüsü alqışladığını və bu işə onlar da böyük məmuniyyətlə dəstək verdiklərini deyib.

Millət vəkili Q.Paşayeva ilk növbədə onun “imza günü” üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu bildirib:

“Kitabda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Onların bir hissəsi buna qədər çap olunmuş müxtəlif kitablarımda da var, bir hissəsi isə tam yeni yazılardır. Kitabda məqsəd maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə, çox məmnun olaram. Bu gün həm imza gününə, həm də imza gününün məqsədi olan xeyriyyə aksiyasına gələn bütün dostlarıma bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, imza gününə millət vəkilləri, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, iş adamları da qatılıblar. Tədbirdə yüzlərlə kitab satılıb, millət vəkili onları imzalayıb və tədbirin sonunda 11 yaşlı qızın əməliyyatı üçün lazım olan vəsaitin böyük bir hissəsi toplanılıb və ailəyə hədiyyə edilib. Tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, "Sağlamlığın Qorunması" İB-nin və "Kitabevim.az"ın təşkilatçılığı ilə keçirilib.

Tarix
2016.12.29 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla