Yuxarı

"Bülbüloğlunun bunun öhdəsindən gələcəyinə inanırıq"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bülbüloğlunun bunun öhdəsindən gələcəyinə inanırıq"

2017-ci ildə Azərbaycan Respublikasının YUNESKO-ya üzvlüyünün 25 illiyi qeyd olunur. Bu illər ərzində Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlıq qurulub, YUNESKO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib.

APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsini şərh edərkən deyib.

O bildirib ki, multikulturalizm dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir: “Qeyd olunanları və hal-hazırda YUNESKO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın Baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışan, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq”.

YUNESKO-nun baş direktoru üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında YUNESKO-nun Baş Assambleyasının 2017-ci ilin oktyabr-noyabr iclasında seçiləcək.

Tarix
2017.03.13 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla