Yuxarı

Sənət adamına bu günkü kimi hörmətsizlik görməmişəm

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyor, xalq artisti Nurəddin Mehdixanlı ilə sabahın erkən saatlarında görüşüb söhbətləşdik.

- Nurəddin bəy, yeni nə xəbər var?

- İki tamaşada rol almışam. Azərbaycan-Türkiyə layihəsi olan yeni bədii filmdə baş rolda çıxış etdim.

- Sizi daha hansı filmdə, teleserialda görə biləcəyik?

- Bu günə kimi oynadığım bütün rollarda rejissor seçimim olub, amma bu gün heç bir teleserialda yoxam, olmayacam da, çünki mən peşəkaram, iş bilənlərlə işləməliyəm. Ssenarilərə baxıram, ürəyimi açan bir mövzu yoxdur. Kimlərlə işləyəcəyimə çox diqqət edən aktyoram. Mən peşəkar aktyoram və buna qiymət verib maddi baxımdan mənimlə razılaşmayanlarla işləmirəm.

- Anlaşılan o ki, verilən qonorar da sizi təmin etmir?!

- Bəli, bəzən də verilən qonorar istədiyim kimi olmadığı üçün çəkilmirəm. Hətta aktyorlara ayrılan pulu belə bizə vermirlər. Qeyri-peşəkarları yığırlar başlarına, teleseriallar çəkirlər, çünki onlar işinin qarşılığında nə pul versələr, razı olacaqlar. Sənətdən başı çıxmayan deyir ki, nə versələr qənimətdir. Buna görə də mən belə adamlarla işləyə bilmərəm. Mənim çəkim onların tərəzisində göstərilmir. Bu yaşda özümü hörmətsiz edə bilmərəm.

Hər cür yola əl atırlar ki, pulu az versinlər

- Sizcə, bu gün çəkilən telelserialların reytinq toplaya bilməməyinin səbəbi budur?

- Bəli, özüdür ki, var. Nə qədər bu işdə qeyri-peşəkarlar çalışacaqlar, nəticə belə olacaq. Hər cür yola əl atırlar ki, pulu az versinlər, başda oturanlara çox pay düşsün. 35 ildir bu peşədəyəm və mən sənət adamına qarşı bu günkü kimi hörmətsizlik görməmişəm, çünki tamah və əxlaqa zidd olan məsələlər ön plandadır. Pul sənə verilməyib ki, villalar tikdirib xarici ölkələrdə gecələyəsən. Pulu görüb çaşmaq lazım deyil. Mən daima o işlə məşğul olmuşam ki, orda peşəkarlar çalışır və nəticədə ortaya mükəmməl iş qoyulur.

Bizim söz deməyə haqqımız var idi?

- 22 yaşınızda başladınız bu peşə ilə məşğul olmağa... Sizin zamanınızda gənclərə dəstək çox idi, yoxsa indi?

- İndi gənclərin imkanları çoxdur. O vaxt biz teatr səhnəsinin həndəvrinə yaxınlaşa bilmirdik. Bir qrup aktyor və aktrisalar var idi ki, ancaq meydan onların idi. İndi biz özümüzdən çox gəncləri qabağa çəkirik, bizə dəstək olan kim idi. Mən 50 yaşımda ciddi kinoya çəkildim. Bizi kinostudiyanın ətrafına qoymazdılar. Dediklərim reallıqdır. Bütün kino üç-dörd adamın inhisarında idi. Bizim söz deməyə haqqımız var idi? İstedadlı olmursan, kim olursan ol... Mən çox işlər görə bilərdim, nə yazıq ki, qoymadılar, imkan vermədilər. Sınaqlardan keçdim, çəkiliş meydançalarında deyirdilər sən get, çəkilmirsən, filan xalq artisti çəkilir. Biz belə hadisələrlə rastlaşırdıq. Bu gün gənclərin pul qazanmaq imkanları çoxdur.

Aktyorluq kişi sənətidir

- Bəlkə elə buna görə gənclər ancaq pul dalınca qaçır və təhsil almır. Erkən pul qazanmaq üçün təhsildən vaz keçirlər. Gənclərin "illərlə oxuyub 140 manat maaş almaqdansa, bacardığım bir işdən daha çox pul qazanım" yanaşması ilə razısınızmı?

- Hardasa razıyam, hardasa yox, çünki pul qazanmaq istədiyin hər işdə ali təhsil vacibdir. O ki, qaldı maaş söhbətinə, razıyam. Bizim dövrdə tələbat indiki kimi qədər deyildi. Həm də biz pulu fikirləşməzdik. Ancaq iş, sənət öyrənmək haqqında düşünərdik. Aktyorluq kişi sənətidir. Bacarmaq, cətinliklərə sinə gəlmək lazımdır. O da bu günkü gənclərdə yoxdur. Bu gün gənclər bir il sənətə gəlirlər, ikinci il çıxırlar efirə, villa, maşınlarını, marka geyimlərini reklam edirlər. Bir ilə, özü də bu maaşla o qədər varidata necə sahib olmaq olar? Mən halal pulumla evimi 35 yaşımda aldım, maşınısa uzun illər sonra ala bildim. Bu günkü gəncliyin tələbləri özlərindən, imkanlarından böyükdür.

İndi gənclər gündəm xatirinə elə günlük də olurlar

- Bu günkü gənc aktyorlar toylarda tamadalıq edir. Siz necə, heç tamadalıq etmisiniz?

- Yox etməmişəm, amma edənlərə pis baxmıram. Sadəcə, bu gün gəncləri başa düşmürəm, tez alışıb tez də sönürlər. Gündəm xatirinə elə günlük də olurlar, yaddan çıxıb gedirlər. Sadəcə, heyfim gəlir onlara... Mən məşhur aktyor idim, işə avtobus, metro ilə gedib-gələrdim və bunu özümə hörmətsizlik bilmirdim. İndikilər fil üstündə bülbül axtarırlar. Mənim ilk maaşım 90 manat olub. Qane də olmuşam, məhz buna görə mən bu gün Nürəddin Mehdixanlı ola bildim.

- Tanınacağınıza, məşhur olacağınıza ümidiniz var idi?

- Mən heç bu gün də onu düşünmürəm ki, məşhuram. Bu məni maraqlandırmır, sadəcə, işimlə məşğulam. Düşünürəm ki, hərbçi də olsaydım, taksi sürücüsü də, işimin məsuliyyətini dərk edən insan olacaqdım. Mən heç vaxt sevmədiyim işdən yapışmamışam. Hətta xoşlamadığım insan tərəfə baxmıram da…

- Nürəddin bəy şablon səslənsə də soruacağam, bu sənəti kimsə sevdirib sizə?

- Olub, Adil İsgəndərovun timsalında sevdim bu sənəti... Mədəniyyətini sevdim, bizə ata kimi münasibətini sevdim. Fikirləşdim ki, əgər belə bir kişi bu sənətdədirsə, demək, bu əsil kişi sənətidir. Həqiqətən də ömrünü, canını, qanını xərcləyirsən, qarşılığında xalqın qucaq-qucaq sevgisini alırsan. Bəlkə də mənim bu fikirlərimə bir çox gənclər güləcək, amma məndən sizə bir məsləhət, pul dalınca qacmaqdansa mötəbər ad-san dalınca qaçın, pul arxanızca gələcək.

Tarix
2013.11.14 / 09:16
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla