Yuxarı

Arzularımızın şəhərində lalə yağışı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzularımızın şəhərində

Təbriz hər zaman arzularımızın şəhəri olub, bu şəhəri bir dəfə görən bir də görmək istəyib.

Havasıyla, yağışıyla, yaz səhərinin sərin mehi, çiçəklərinin şehi ilə qəlbə yatır, ürək sevindirir, göz oxşayır bu şəhər. Bu şəhər nağıllarda, əsatirlərdə, gerçəklikdə adına “cənnət” deyilən bir məkandır: tarixə damğasını vuran böyük dövlətlərimizin, imperiyalarımızın paytaxtıdır! Tanrımız bu şəhərə bütün gözəlliklərini verib...

Baharın gəlişi Təbrizdə bir fərqli olur: şəhərin gözəlliyinə xüsusi bir gözəllik qatılır, xiyabanlar, şəhərətrafı məkanlar təbiətin sehrinə düşür elə bil. İnsanları sehrləməkdə, gözləri sevindirməkdə olan lalələr boy-boya verir, əl-ələ tutub sevgililər kimi nazlanlr...

Bütün şəhər lalələrin gözəllik yağışında ətirlənir. Yol kənarlarında, səkilərdə, xiyaban və gəzinti yerlərində əkilən lalələr şəhəri doğrudan da gerçək həyatdan nağıllar dünyasına – cənnətə bənzədir, arzular diyarına çevirir.

Təbrizə gələn çoxsaylı qonaqlar, turistlər bu gözəllikdən doymur, məftun olur, içlərində bir rahatlıq, gözlərində bir bəxtəvərlik sərgiləyirlər. Bu gözəllikləri bütün sosial şəbəkələrdə paylaşırlar. Təsadüfi deyil ki, bu günlərdə sosial şəbəkələrdə və axtarış qruplarında “Lalə” sözünü yazdıqda dərhal “Təbriz” sözü çıxır, monitora Təbriz şəhəri gəlir.

Arzularımızın şəhərindəki bahara bir yerdə tamaşa edək:

Tarix
2017.05.04 / 16:24
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla