Yuxarı

Rza Pəhləvinin mumiyası tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökmdarı Rza şah Pəhləvinin mumiyası Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.

Report xəbər verir ki, Tehran İslam Şurası Mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.

Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.

Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində doğulub. Atası Abbas Əli Savadkuhda hərbçi (polkovnik), anası Nüşafarin Zəhra Qafqazlı mühacir olub.

1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub. Həmin il faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirildi.

O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra onun Misirdə mumiyalanaraq Qahirədəki Al- Rifanın məscidində gizlədildiyi, 1950-ci ildə isə Rey şəhərində dəfn olundğu iddia edilir. 1979-cu il fevral inqilabından sonra Rza şah mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb.

Tarix
2018.04.24 / 21:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla