Yuxarı

Mixaylonun latınla ailə məktubu: Pul lazım deyildi... – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezidenti İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. Mixaylonun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətlərindən danışan akademik yetişməkdə olan gənc nəslin Vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmaları üçün Mehdi kimi qəhrəmanları onlara örnək göstərməyi özünə borc bildiyini qeyd edib.

N.Vəlixanlı bu gün nümayiş olunan əşyaların bir qisminin M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilən zaman muzeyə təhvil verildiyini deyib. Bildirib ki, həmin əşyaların arasında M.Hüseynzadənin gödəkçəsi, çəkdiyi şəkillər, fırçası, Mehdiyə məxsus sənədlər olub.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev M.Hüseynzadənin əsirlik həyatından, keçdiyi döyüş yolundan danışıb, yetişməkdə olan gənc nəsli Mixaylo kimi qəhrəmanlardan nümunə götürməyə çağırıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında M.Hüseynzadənin mühafizə olunan rəsm və eskizləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirə dəvət olunan qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək, M.Hüseynzadənin xatirəsini yad etdiklərinə görə muzeyin rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

Tədbir iştirakçıları M.Hüseynzadənin muzeydə qorunan şəxsi əşyalarından ibarət sərgi və Azərbaycan hərb sənətinə aid nəşrlərlə tanış olublar.

Sərgidə diqqəti çəkən həm də Mehdi Hüseynzadənin əlyazmasında qorunan məktublar olub. Məktublardan biri 1941-cü ilin dekabrında, Tiflisdən yazılıb. Məktubun latın əlifbasında olması, Mixaylonun göndərilən 50 manat pula görə ailəsinə (Sevindim ki, ünvanımı bilirsiniz, pis oldum ki, sizdən kim pul istəyir...) müraciəti, müharibə “iyi”nin hələ ora çatmaması həm də həmin dövrü təsəvvür etmək baxımından maraqlıdır.

Tarix
2018.12.15 / 01:03
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla