Yuxarı

Azərbaycan öz sözünü söyləyən dövlətdir - Mehriban Əliyeva

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə vidalaşırıq və yeni ili qarşılayırıq.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların bayram şənliyində çıxış edərkən bildirib.

"2018-ci il ölkəmiz üçün çox əlamətdar il idi. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu il – 2018-ci ildə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə ən yüksək səviyyədə qeyd etmişik.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. Lakin bu qısa zamanda ölkəmiz, xalqımız üçün çox vacib olan addımlar atıldı, qərarlar qəbul edildi. İlk çoxpartiyalı parlament fəaliyyətə başladı, ölkəmizin bayrağı təsis edildi, qızlar üçün ilk dünyəvi məktəb fəaliyyətə başladı, Azərbaycan Ordusu yaradıldı. Biz bu il, həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş meydanında keçirilən möhtəşəm parad bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır, istənilən vəzifəni icra etməyə qadirdir və hazırdır. Biz bu il, həmçinin Bakının azad olunmasının 100 illiyini birlikdə qeyd etdik.

Ölkəmizin tarixində şərəfli yer tutan bütün bu hadisələrin yüksək səviyyədə keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan bu gün böyük uğurla inkişaf edir. Azərbaycan bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Azərbaycan öz sözünü söyləyən, öz maraqlarını qoruyan dövlətdir. Biz inanırıq ki, siz – bu günün uşaqları, bu günün gəncləri gələcəkdə Azərbaycanın inkişafına, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz.

Yola saldığımız 2018-ci ilə nəzər salsaq görərik ki, ölkəmizin inkişafı yüksək sürətlə davam edir. Bu il bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib. Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı", - vitse-prezident qeyd edib.

Tarix
2018.12.28 / 20:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla