Yuxarı

Akademikdən qadınlara: Yalnız bunu arzulayın ki... – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademikdən qadınlara: Yalnız bunu arzulayın ki... – Foto

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif İmzalar” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektor akademik Kamal Abdulla Azərbaycan qadınlarının gözəlliyindən söz açıb.

“Əsl gözəllik, əsl zahir, əsl təzahür daxilin sanki əks-sədasıdır. İntellektual, mənəvi, insani əks-sədasıdır, ləyaqətin, namusun əks-sədasıdır. Daxildə bunlar olmasa, zahiri gözəllik də mümkün deyil”, - K.Abdulla bildirib.

Rektor qadınları bayram münasibətilə təbrik edib:

“Mən sizin özünüzün özünüzə arzuladığınızı arzulayıram. Özünüzə həmişə elə arzu edin ki, ona çatmaq üçün canfəşanlıq edəsiniz, çətinliklərdən keçəsiniz. İnsan hər zaman ucalıqlara can atmalıdır”.

Azərbaycan multikulturalizmindən danışan rektor bildirib ki, bu istiqamətin dünya arenasına çıxmasında ölkə Prezidenti İlham Əliyev ilə yanaşı, vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər mühüm əhəmiyyət kəsb edir.

Millət vəkilləri Dilarə Cəbrayılova, Pərvin Kərimzadə, əməkdar elm xadimi jurnalist Nailə İslamzadə, Nərimanov rayonu 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova, Səbail rayonunun bələdiyyə sədri Mehriban Paşayeva Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatındakı rollarından söz açıblar.

Tələbələrdən Kənan Hücətzadə, Aygün Məmmədova Azərbaycan tarixində ilklərə imza atmış tanınmış qadınlar haqqında məlumat veriblər.

Daha sonra “Azərbaycan Qadınları” adlı video-çarx nümayiş olunub.

Tədbir müzakirələrlə davam edib.

Tarix
2019.03.08 / 00:44
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla