Yuxarı

Ermənistan qədim Roma xəritəsinə necə düşüb? - Erməni tarixçi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan qədim Roma xəritəsinə necə düşüb? - Erməni tarixçi

Erməni sosial şəbəkələrin istifadəçilərinin qədimliklərini sübut etmək üçün mənə göndərdikləri “Roma imperiyasının xəritəsi” – XX əsrdə hansısa yezuit-rəssam tərəfindən çəkilmiş rəngli şəkildir.

Kult.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants yazıb.

“Erməni qardaşlar, görəsən alimləriniz nə vaxt sizə izah edəcək ki, Roma imperiyasının xəritəsi mövcud deyil? Təklif edirəm ki, kim tərəfindən çəkildiyi bilinməyən xəritələrdən istifadə etməyin, yaxşısı budur, özünüz Roma imperiyasının xəritəsini çəkin və ortasına böyük və aydın şəkildə Ermənistan yazın. Yox, yaxşısı qədim Ermənistan yazın ki, sonradan daha aydın sübut olsun”, - tarixçi bildirib.

“Roma imperiyasının xəritəsi”nin I əsrə aid olmadığı, qazıntılar zamanı tapılmadığı və Herodotun əsərlərindən götürülmədiyi artıq sübuta yetirilmiş faktdır. Bu, müasir dövrdə hazırlanmış xəritədir. Bu cür xəritələr dünyada milyonlarladır. Yüzlərlə kompüter proqramlarından istifadə edən istənilən şəxs analoji xəritələrdən çəkə bilər. Sadəcə axtarış proqramında: “rəsm yaratmaq – vintaj” sözlərini daxil edirsiniz və qədim geosiyasi vəziyyətə baxışınızı qurmağa başlayırsınız.

Ermənilər bu zarafata görünməmiş təntənə ilə yanaşdılar – sanki bu xəritəni az qala Herodot öz əlləri ilə çəkib. Bu xəritəyə toxunmaq, şəklini çəkmək olmaz. Birdən Allah eləməsin, fotokameranın işıqları onu korlayar.

“Piramidaların yaradıcıları” yenidən özlərini çətin vəziyyətə saldılar, ancaq artıq geri addım atmaq üçün çox gecdir. Odur ki, bu “qədim möcüzə”yə baxırlar və hələ də özlərini buludların üzərində hiss edirlər.

Tarix
2019.03.13 / 21:27
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla