Yuxarı

“Mona Liza Da Vinçinin çinli anasıdır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mona Liza Da Vinçinin çinli anasıdır”

Son araşdırmalara görə, bütün dünyada məşhur olan Mona Liza Leonardo da Vinçinin İtaliyaya qul kimi gələn çinli anasının portretidir.

Axar.az "Deili Meil"ə istinadən xəbər verir ki, sənət aləminin marağına səbəb olan bu iddianı ortaya atan Leonardo da Vinçinin həyatı haqqında uzun illər araşdırma aparan yazar olub.

Rəssam haqqında kitab yazan Angelo Paratiko Leonardo da Vinçinin anasının çinli qul olduğunu iddia edir.

"Cənubi Çin səhəri" qəzetinin xəbərinə görə, Leonardo da Vinçinin anası Florensiyanın 30 km yaxınlığında yerləşən Vinçi qəsəbəsinə gələrək orada məskunlaşıb və 1452-ci ildə Leonardonu dünyaya gətirib. Yazarın iddiasına görə, rəssamın anası Katerina adından istifadə edirmiş, çünki o illərdə bir qulun ailə həyatı qurması cəmiyyət qaydalarına zidd idi.

Yazar bu iddiasını təsdiqləmək üçün intibah dövrünə aid kilsə qeydlərində etdiyi araşdırmada İtaliya və İspaniyada çoxlu uzaq şərqli kölə yaşadığını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Leonardo da Vinçi və Mona Liza haqqında iddialar yeni deyil, 100 il əvvəl də belə iddialar olmuşdu. Dahi rəssama ərəb mənşəli deyənlər də olub. Ziqmund Freyd də 1910-cu ildə Mona Lizanın Da Vinçinin anasının portreti olduğunu, arxa plandakı görüntülərin də Çinə aid bir mənzərə ola biləcəyini söyləmişdi. 2002-ci ilin ortalarında atılan başqa bir iddiaya görə, Da Vinçinin kökü orta şərqdən gəlir.

Tarix
2014.12.02 / 01:37
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla