Yuxarı

Azərbaycanlı məktəbli Gürcüstanda qalib oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı məktəbli Gürcüstanda qalib oldu

Gürcüstanda Ana dili gününə həsr olunmuş “Mən gürcü dilində yazıram” imla müsabiqəsi başa çatıb.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, milli azlıqların təhsil aldıqları məktəblərin IX sinif şagirdləri arasında keçirilmiş müsabiqədə üç nəfər qalib gəlib. Onlardan iri də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Vaxtanqisi kənd 1 nömrəli ictimai məktəbinin şagirdi Aytən Mehdiyevadır.

Aprelin 14-də qaliblərə mükafatlar təqdim olunub.

Müsabiqənin qaliblərini təbrik edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqlardan olan məktəblilərin gürcü dilinə marağının artmasını yüksək qiymətləndirib.

Bildirib ki, gürcü dilini bilmək hər bir Gürcüstan vətəndaşı üçün vacibdir. Bu onların uğur əldə etməsi üçün əsas şərtdir.

“Dövlət dilini bilən vətəndaşlar ölkənin bütün sahələrində fəal iştirak edə bilirlər. Şadam ki, milli azlıqları təmsil edən çox sayda gənc öz ana dilləri ilə yanaşı, dövlət dilində də danışa bilirlər” – deyə, nazir vurğulayıb.

Sonra qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, imla müsabiqəsi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Müsabiqənin əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı imkanlarının inkişaf etdirməkdir.

Tarix
2019.04.15 / 01:19
Müəllif
Kult.az
Digər xəbərlər

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla