Yuxarı

Nazirlikdə iki forumun birgə iclası keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdə iki forumun birgə iclası keçirildi - Foto

İyunun 29-da günün ikinci yarısında Abidə Menecerləri Forumu öz işini Gənc Peşəkarlar Forumu ilə birgə iclas şəklində davam etdirib.

Kult.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə açıq elan edib. YUNESKO Dünya İrs Mərkəzinin direktoru Mextild Rossleri və forum iştirakçılarını salamlayan şöbə müdiri iclasın işinə uğurlar arzulayıb.

İclasda ilk olaraq Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler “Dünya mədəni irsinin mədəni mənzərələri və inteqrasiya olunmuş mühafizə təcrübələri” mövzusunda təqdimatla çıxış edib.

Xanım Rossler əvvəlcə forumların Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib. O, sessiyalarda müzakirə edilən məsələlərin dünya irsinin qorunmasında vacibliyini vurğulayıb.

Mədəni mənzərələrin Dünya irsinin ayrılmaz hissəsi olduğunu, bura insan və təbiətin yaratdığı əsrarəngiz irs nümunələrinin daxil edildiyini diqqətə çatdıran M.Rossler deyib ki, dünya irsinin qorunması məqsədləri insanlar arasında qarşılıqlı əlaqələrin müxtəlifliyini əhatə edir. Mədəni landşaftların qorunması davamlı müasir metodlara kömək edə, landşaftdakı təbii dəyərləri qoruyub saxlaya bilər. Mədəni mənzərələrin müdafiəsi bioloji müxtəlifliyin qorunmasında da faydalıdır.

Dünyanın bir çox ölkələrində və şəhərlərində bu sahədə olan inkişaf, yeni layihələr və problemlərdən də söz açan direktor çıxışının sonundan bir daha təşkilatçılara minnətdarlığını bildirib, gənc peşəkarlara uğurlar arzulayıb.

İclasda çıxış edən Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirib, iki forumun birgə iclasını yüksək dəyərləndirib. Vurğulayıb ki, birgə iclas təcrübələrin mübadiləsi üçün əlavə imkanlar yaradır: “Belə bir tədbirə ev sahibliyi etdiyimiz üçün çox şadıq. Forum çərçivəsində gənclərin qarşılıqlı fikir mübadiləsi reallaşır və bu sahəyə yeni innovativ baxışlar yaranır. Biz həmçinin məmnunuq ki, qonaqlar Azərbaycanın tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olurlar”. Əbülfəs Qarayev Dünya İrs Komitəsinin sessiyasının iştirakçıları üçün maraqlı mədəni proqramlar təşkil edildiyini diqqətə çatdırdı. Dedi ki, qonaqlar bu fürsətdən yararlanıb Azərbaycanın zəngin mədəni mənzərəsi haqqında geniş bilgi əldə etmək imkanı qazanacaqlar.

Daha sonra birgə iclas tematik mövzularda qrup işləri ilə davam edib.

Qeyd edək ki, iyulun 4-dək davam edəcək Abidə Menecerləri Forumu Azərbaycanın Mədəniyyət Nazirliyi, YUNESKO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı keçirilir.

Tarix
2019.06.29 / 20:28
Müəllif
Kult.az
Digər xəbərlər

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla