Yuxarı

Mehriban Əliyeva Nəsimi ilə bağlı festivalda - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Nəsimi ilə bağlı festivalda - Foto

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblının, o cümlədən Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, ABŞ-dan caz ifaçısı, pianoçu Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənilib.

Eyni zamanda, bəstəkar Rəhilə Həsənovanın simfonik orkestr üçün “Ulduzlara lay-lay” əsəri, Ayaz Qəmbərlinin Nəsimi festivalı üçün bəstələdiyi “Mozaika” əsəri təqdim olunub.

Nəfis bədii və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin və zamanların görüşünü canlandıraraq rəmzi olaraq şeir, incəsənət və mənəviyyat dünyasını təqdim edib.

Tamaşada, həmçinin dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırılıb.

Proqram ərzində İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhu nümayiş olunub.

Qeyd edək ki, II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Dörd gün ərzində Nəsimi yaradıcılığına müxtəlif istiqamətlərdən diqqət yetirilib, yeni maraqlı layihələr vasitəsilə dahi şairin yaradıcılığına və fəlsəfəsinə baxış olub.

Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Festival günlərində Bakıda və şairin doğulduğu Şamaxı şəhərində təşkil olunan tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm edilib.

Tarix
2019.10.02 / 00:24
Müəllif
Kult.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla