Yuxarı

Fərzəliyev Fransanın fəxri ordeni ilə təltif olundu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərzəliyev Fransanın fəxri ordeni ilə təltif olundu - Foto

Oktyabrın 10-da Fransanın Bakıdakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə bu ölkənin İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2012-ci ildə Bakıda Fransa inciləri sərgisinin keçirilməsinin, 2017-ci ildə Milli İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş etdirilməsinin, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin təşkilinin Çingiz Fərzəliyevin Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfələr olduğunu bildirib.

Səfir qeyd edib ki, İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.

Sonra diplomat Fransanın İncəsənət və Filologiya Kavaleri ordenini Çingiz Fərzəliyevə təqdim edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev öz növbəsində səfirə və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinə təşəkkürünü bildirərək deyib: “Bütün ölkələr bir-birinə oxşayır. Amma Fransa mədəniyyətinin dünya sivilizasiyasına təsiri böyükdür. Azərbaycan da bu təsirdən kənarda qalmayıb. Fransa kimi bir ölkənin ordeni ilə təltif olunmaq mənim üçün böyük şərəfdir”.

Tarix
2019.10.10 / 22:49
Müəllif
Kult.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla